Onkologiya.

Onkologiya.

Tibbi Onkologiya nədir?

Tibbi Onkologiya yalnız xərçəng xəstələrinin müalicəsini deyil, xərçəngin qarşısının alınmasını, xərçəng müayinəsini və erkən diaqnozu da əhatə edir. Beləliklə, xərçəngin hər mərhələsi tibbi onkologiyanı maraqlandırır. Bundan əlavə, xərçəngin diaqnozu və müalicəsində cərrahiyyə və ya radiologiya kimi müxtəlif sahələrlə əməkdaşlıq edilir və xəstəyə yanaşma və müalicəsi sübutlara əsaslanaraq planlaşdırılır.

Müalicə necə edilir?

Müalicə damar daxili və ya ağızdan dərman qəbulu ilə verilir. Ancaq bu, xərçəngin növünə görə dəyişir. Müalicənin planlaşdırılması; xərçəng hüceyrəsinin növü, başladığı orqan və ya bölgədən asılı olaraq dəyişir. Müalicə qərarı xəstənin müxtəlif şöbələrdən mütəxəssis həkimlərin dəyərləndirməsi ilə verilir. Hər xəstənin dəyərləndirilməsi fərqli olur. Ona görə də  xərçəngin növü eyni olsa da, hər xəstənin müalicəsi öz vəziyətinə görə edilir.

Tibbi onkologiyada hansı metodlardan istifadə olunur?

Xəstəliyin təkrarlanma riskini azaltmaq üçün adyuvant müalicə, kütlənin əməliyatla çıxarıla bilməsi və ya orqanı qorumaq üçün neoadyuvant, inkişaf etmiş xəstəlikdə ömrünü uzatmaq və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün palliativ müalicə verilir. Müalicə tək və ya bir neçə dərman ilə edilə bilər.

Xərçəng müalicəsində kimyaterapiya, hormonoterapiya, hədəfə xüsusi ağıllı molekullar, bioloji müalicə / immunoterapiya istifadə olunur. Xərçəng müalicəsində istifadə edilən dərmanlar müasir molekulyar onkoloji inkişaflar fonunda aparılan geniş sınaqlara əsaslanaraq fərdi müalicə şəklində tətbiq olunur.

Kimyaterapiya.

Kimyaterapiyanın məqsədi quruluşundakı bəzi dəyişikliklər səbəbiylə nəzarətsiz böyüyən xərçəng hüceyrələrinin məhv edilməsini təmin etməkdir. Əksər hallarda xərçəng hüceyrəsini öldürmək üçün müxtəlif fəaliyyət mexanizmləri olan bir neçə dərman vasitəsini birlikdə istifadə edilir.

Hormon terapiyası.

Prostat və döş xərçəngi kimi hormona həssas şişlərin müalicəsində hormon terapiyası istifadə olunur. Tətbiq çox vaxt ağızdan tabletlə aparılır.

İmmunoterapiya.

Bədənin müdafiə sisteminə stimul verərək immun sistemi tərəfindən istehsal olunan maddələr xərçəng hüceyrələrini tanımaq və öldürmək üçün istifadə olunur.

Məqsədli bioloji terapiya.

Xərçəng hüceyrələri tərəfindən daşınılan lakin normal hüceyrələrdə tapılmayan hədəfləri təyin edərək tətbiq olunan bioloji müalicə xərçəng müalicəsində son 10 ildə ən vacib inkişaf hesab olunur. Xərçəng müalicəsində inkişaf etdirilən hədəf müalicələr, döş xərçəngi, bağırsaq xərçəngi, böyrək hüceyrəsi (böyrək) xərçəngləri də daxil olmaqla bir çox xərçəng növündə tətbiq olunur.