"Sümük iliyi nəqli" (transplantasiyası) nədir və hansı xəstəliklərin müalicəsində faydalı ola bilər?
Malign (bədxassəli) hematoloji xəstəliklərdə, qan hüceyrələrini yaradan sümük iliyi funksiyalarını itirir. Bu səbəbdən sümük iliyində qan hüceyrələrinin əmələ gəlmə prosesində bir sıra problemlər meydana çıxır (normadan artıq hüceyrə əmələ gəlməsi və diferensiasiya olunmaması). Bu xəstəliklərin müalicəsində sümük iliyi transplantasıyası öməmli yer tutur.
Sümük iliyi transplantasiyası sağlam qan hüceyrələri əmələ gətirməsi üçün kök hüceyrələrinin xəstəyə nəql edilməsidir.Bu müalicə metodu ilə xəstələrin bədxassəli hematoloji xəstəliklərdən tamamilə müalicə olma şansları olur.
SİT kimlər üçün faydalı ola bilər?
Müalicəyə cavab verməyən leykozlar, limfoma, multipl mieloma, mielodisplastik sindrom, anadangəlmə və qazanılmış sümük iliyi çatışmazlığı (aplastik anemiyalar) və s. xəstəliklərin müalicəsində olduqca əhəmiyyətlidir.
Aşağıdakı xəstəliklərin müalicəsində əsas müalicə metodu sümük iliyi transplantasiyasıdır:
Kəskin leykozlar (kəskin mieloleykoz, kəskin limfoleykoz)
Xroniki leykozlar (xroniki mieoleykoz, xroniki limfoleykoz)
Qeyri-Hoçkin limfomalar
Hoçkin limfoması
Multipl Mieloma
Mielodisplastik sindrom
Ağır aplastik anemiyalar və digər sümük iliyi yetməzliyi ilə müşahidə olunan xəstəliklər (Fankoni anemiyası, PNH, Saf erotroid sırası aplaziyası)